Neft-qaz ölkəsinin qazsız qalan vətəndaşı (SANCAQ və abzas.net)



49
85056

Dəhşətli və çox ağır bir mənzərədi. Mütləq baxın və hər yerdə paylaşın! Biz imkan verməyək bu ailə bu soyuqda məhv olub getsin! Varlı ölkənin kasıb vətəndaşları.... Televiziyalar isə həmişəki kimi susur, insanların problemlərini çəkib efirə vermir! 21-ci əsrdə Bakının sakini ailəsini dolandırmaq üçün, ailəsini isti bir otaqda saxlamaq üçün məcburdu bu soyuqda küçə küçə gəzib odun axtarmalıdır. SOCARın rəhbəri Rövnəq Abdullayev deyir ki biz ermənilərə pulsuz qaz veririk, onların qeydinə qalırıq. Ay bədbaxtlar bəs sizin öv vətəndaşlarınızın qeydinə kim qalacaq? Heç utanırsız? Görün vətəndaşlarınız necə yaşayır! Bir insanın bu vəziyyətə düşməsi ayıb deyil, ayıb bu insanı bu vəziyyətə gətirən hökümətə olmalıdır! Bütün günü gic gic idman yarışmalarına milyardlar xərcləyirsiz amma bir evə qaz xətti çəkdirmək üçün camaatdan pul tələb edirsiz, camaatı incidirsiz. Vicdansızlar! Azəriqaz-a səslənirik vicdanıvız, şərəfiniz, bir qram insanlıq hissiniz varsa bu ailəyə əl uzadın! Bu evə qaz xətti çəkdirin, çünki qarşıda qış ayları gəlir və bu ailə üçün çox çətin olacaq!

Published by: Mehman Huseynov Published at: 7 years ago Category: مردم و وبلاگ