Yalan Dünya - Muğam │ Vedud Müezzin & Möhlət Müslümov

505


0

Yalan dünya Sənin bəhrən yiyən kimdir? Kiminkisən, yiyən kimdir? Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya! Atı əzəl dağa saldıq, Yorulduqca dalı qaldıq, Atı satdıq, ulaq aldıq, Yəhər oldu palan dünya. Səni bayquşlar alqışlar, Dəli viranəni xoşlar, Dolan əqlə səni boşlar. İçi boşla dolan dünya. Ocaq ikən sönənmişsən, Çanaq ikən çönənmişsən, Nə pis qarı nənəymişsən, Nağıl, yalan-palan dünya. Biri ayna, biri pasdır, Biri aydın, biri kasdır, Gecə toydur, səhər yasdır, Gül açdıqca solan dünya. İgidlərin başın yiyən, Qocalar bozbaşın yiyən, Qəbirlərin daşın yiyən, Özü yenə qalan dünya. Yaman qurqu, yığılaydın, Tufanlarda boğulaydın, Nolaydı bir dağılaydın, Bizi dərdə salan dünya. Məhəmməd Hüseyn Şəhriyar. آذربایجان تورک موغام موسیقی سی - ودود موذن Azerbaycan Türk Muğamı

Published by: Vedud Müezzin
Published at: 9 months ago
Category: موسیقی