Gelmedin - Ömür - Laleler - Vedud Müezzin



0
1868

Gəlmədin *** Sevə-sevə gəzdim Bu elləri, Telə-telə düzdüm Mən gülləri. Baxa-baxa yollara Axtarıram səni mən. Şirin sözlüm gəlmədi, İki gözüm gəlmədi… Könül verib sevdiyim Harda qaldın gəlmədi? İlk bahar gəldi, Durnalar gəldi, Təkcə sən gəlib çıxmadın, Harda qalmısan? Sənsiz könlüm evi, Yar, odlanar. Tez gəl, gəlbim dözmür, Yar, hicrana. Gəlmədin, Musiqi / Music : Cahangir Cahangirov (1921-1992) Sözləri / Lyrics : Ənvər Əlibəyli (1916-1968) *** ÖMRÜ Payız olsa çiçək açmaz , Yüz sulasan solan ömrü, Kim təzədən cavan eylər. Ahıl yaşa dolan ömrü. Dərdin çoxu qəmin bolu. Sellər kimi kəsər yolu, Yaxın qoyma insan oğlu. Dərd eyləyər talan ömrü. Bəhmən ömrüm üçdü getdi , Əlimizdən qaçdi getdi. Keçən ömür keçdi getdi, Xoş keçirək qalan ömrü. Şeir: Bəhmən Vətənoğlu ......... Lalələr Yazın əvvəlində Gəncə çölündə, Yazın əvvəlində Gəncə çölündə, Çıxıblar yenə də dizə lalələr, dizə lalələr. Yağışdan islanan yarpaqlarını, Səriblər dərəyə, düzə lalələr, düzə lalələr. Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, Xəyalımdan nələr gəlib də keçər, Xəyalımdan nələr gəlib də keçər. Yaz gələr ellərə durnalar köçər, durnalar köçər. Bulaqlar simavər, ağ daşdan çəkər. Bənzəyir çəməndə közə lalələr, közə lalələr. Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, lalələr Meylim üzündəki qara xaldadir, Meylim üzündəki qara xaldadir, Hicranın əlacı ilk vüsaldadır, ilk vüsaldadır . Nə vaxtdır aşiqin gözü yoldadır, gözü yoldadır. Bir qonaq gələsiz bizə lalələr. Nə vaxtdır aşiqin gözü yoldadır, gözü yoldadır. Bir qonaq gələsiz bizə lalələr. Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, Lalələr, lalələr, lalələr Sözlər: Aslan Aslanov

Published by: Vedud Müezzin Published at: 3 years ago Category: موسیقی