Marmelad necə hazırlanır?



30
53398

2 stəkan su və 1 xörək qaşığı aqar qarışdırılır, onlar qaynayana qədər qazın üstündə qarışdırılmalı, qızandan sonra şəkər tozunu əlavə edib yenidən qarışdırmaq lazımdır. Bu qarışıq marmelad adlanır. Marmelad bişəndən sonra üzərinə ağ köpüklər yığılır. Marmeladın rəngi şəffaf olduğu üçün həmin təbəqə üzərindən götürülüb yumurtanın ağı ilə mikserlə qarışdırılır. Daha sonra marmeladın üzərinə rəng əlavə olunur. Dərhal soyudulur. Soyuduqdan sonra marmeladın üzərinə limon şirəsi sıxılır. Limonu mütləq soyuduqdan sonra tökmək lazımdır, çünki isti-isti töküləndə marmelad donmur. Marmeladı rulet şəklində hazırlamaq üçün ilk öncə stolun üstü nəm olmalıdır və marmeladı stolun üzərinə töküb əllə düzbucaqlı formasında yaymaq lazımdır. Donduqdan sonra üzərinə mikserlə çalınan qarışıq əlavə olunur və donduqdan sonra şəkər tozuna batırıb rulet şəklində bükülür və sonra kəsilir. Üçqat marmeladı isə hazırlamaq üçün birinci qat olaraq hər hansı rəngli marmelad, ikinci qat mikserlə çalınan qarışıq, üçüncü qat olaraq isə başqa rəngli marmelad götürmək olar. Hər qatı tökdükdən sonra soyutmaq lazımdır. Sonra isə paxlava və yaxud da istənilən formada kəsmək olar. Daha sonra rulet marmeladında olduğu kimi şəkər tozuna batırmaq lazımdır.

Published by: Eksperttv.az Published at: 9 years ago Category: مردم و وبلاگ