Lənkəranda Novruz bayramı təmtəraqla qeyd edilib.21.03.2015



0
1875

Xalqımız minilliklər boyu Novruzun gəlişini xüsusi mərasimlər keçirməklə qeyd edib. Bayram günündə Lənkəran şəhər icra hakimiyyəti başçısı ictimaiyyətin nümayəndələri ilə görüşüb, xalq yaradıcılığı sərgisinə baxıb.Dədə Ozan da qopuzunu sinəsinə sıxıb eli-obanı toy-büsata səsləyib. Torpağın, təbiətin oyanışını vəsf edib. İnsanları torpağı əkib-becərməyə səsləyib. Odu həyat ünsürlərindən biri kimi müqəddəs bilən əcdadlarımız tonqal başına toplaşıb, birlik nümayiş etdiriblər.Novruzu Kosa-Keçəlsiz təsəvvür etmək mümkün deyil. Köhnəliyin yenilənməsi, çətinliyin xoş əhvalla əvəzlənməsini və toya, firəvanlığa hazırlıq tərənnüm edən meydan tamaşaları bayram ovqatını daha da artırıb. Bahar qız şənlik iştirakçılarına qoşularaq hər kəsi bu bayramın sevincini yaşamağa dəvət edib. Novruz ənənələrindən qaynaqlanan folklorumuz bayatılarda, nəğmələrdə yaşadılır. Lənkəran şəhər icra hakimiyyəti başçısı Taleh Qaraşov çıxış edərək lənkəranlıları və xalqımızı bahar bayramı münasibətilə təbrik etdi. Tonqal ətrafında rayonun yerli incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.

Published by: Şəmistan Fikrətli Published at: 9 years ago Category: مردم و وبلاگ