Məşədibaba - Gülzar (Qəzəl)



0
6518

Gülzar üzünü yar mənə göstərsə bəsimdir, Könlüm oradan bir dənə gül dərsə bəsimdir. *** Mən istəmərəm başqa gözəllər məni sevsin, Öz yarım əgər xətrimi istərsə bəsimdir. *** Yoxdur fikirim xalça olum yad başı üstə, Kandarda həsirtək məni yar sərsə bəsimdir. *** Mən istəmərəm tutsa səsim kulli-cahanı, Allah mənə bir züm-zümə göndərsə bəsimdir. *** Çoxdur neçç il dərsə gedib alim olanlar, Bir dəfə gedib gəlsəm əgər dərsə bəsimdir. *** Adəm babatək şeytana aldanmaram əsla, Bir dəfə düşübdür işimiz tərsə bəsimdir. *** Mən cahu-cəlal istəmərəm ey Baba həqden, Hər gün mənə bir parça çörək versə bəsimdir. Sözlər (link) - https://vk.com/topic-26620341_24536634 Fon musiqisi (link) - https://www.youtube.com/watch?v=3T8Mvn1r5fQ

Published by: Alma Group Published at: 4 years ago Category: مردم و وبلاگ