Mirhaşım Talışlının şəxsi kitabxanasından reportaj



0
612

Bilik mənbəyi, tarixi yaddaş olan kitabın dəyəri hər kəsə bəllidir. Əhəmiyyətli olan isə təkcə kitab oxumaq yox həm də kitabların qorunmasıdır. Xüsusilə də yaşı əsrlərlə olan və abidə sayılacaq nəşrlərin. Bu cür kitabların orijinalının nəsildən nəsilə ötürlüməsi və mühafizəsi mühüm bir önəm daşıyır. Əməkdaşımız bu dəfə Lənkəranda olan ən qədim kitabların saxlandığı şəxsi kitabxanada olub. İlk baxışdan bu qədər nadir, qədim əlyazmaların, nəşrlərin toplanması çox çətin və hətta mümkünsüz görünür. Lakin bir məqam var ki, tədqiqatçı-filoloq Mirhaşım Talışlı Lənkəran xanı Mirmustafa xanın nəvəsidir. Vaxtilə bu kitablar elə xanın özünə məxsus olub. Zamanla isə nəsildən nəsilə ötürülüb. Bu kitabxanada Nizami Gəncəvinin, Fizulinin, Sədi Şirazinin, Molla Ruminin və digərlərinin əsərləri saxlanılır. Əsasən 17-19-cu əsrlərə aid, ərəb qrafikası ilə olan bu kitabların bəziləri əlyazma, digərləri isə çap formasındadır. Təbii ki, bu əsərlərin ictimaiyyətə çatdırılmasında və həmçinin 19-cu əsr Lənkəran ədəbi mühitinin təbliğində Mirhaşım Talışlının özünün böyük əməyi olub. Tədqiqatçı-filoloq Mirhaşım Talışlının şəxsi kitabxanasında qeyd etdiyimiz kitab abidələrlə yanaşı dilçilik, ədəbiyyat, musiqi, tarix və digər sahələrə aid yüzlərlə dəyərli nəşrlər saxlanılır.

Published by: ARB Cenub Published at: 8 years ago Category: اخبار و سیاست