Cəlilabadda ilin yekunlarına dair hesabat iclası keçirilib



0
11291

Cəlilabad rayonunda 2015-ci ilin sosial-iqtisadi iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Cəlilabad rayon İcra Hakimiyyətinin bаşçısı, Prеzidеnt Аdministrаsiyаsınıın məsul işçisi, Milli Məclisin deputatları və hüquq-mühafizə оrqаnlаrının rəhbərləri Hеydər Əliyеv Xatirə Parkına gələrək Ümummilli Lidеrin abidəsini ziyаrət еdib, abidənin önünə gül dəstələri qоyublаr. Sоnrа qоnаqlаr və yığıncaq iştirakçıları rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış olublar. Daha sonra hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, hesabat ili Cəlilabad rayonu üçün bir çox əlamətdar hadisələrlə zəngin olub. Bunlardan ən mühümü prezident İlham Əliyevin ötən ilin avqustunda rayona tarixi səfəridir. 2003-cü ildən sonra 7-ci dəfə Cəlilabadda olan ölkə başçısı İlham Əliyev səfəri çərçivəsində Heydər Əliyev parkında və Heydər Əliyev seyrəngahında yenidənqurma işləri ilə tanış olub. Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun və Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib. İcra başçısı çıxışında hesabat ilində rayonda əldə olunan iqtisadi göstəricilər haqqında da iştirakçılara məlumat verdi. Ötən il rayonda ümumdaxili məhsulun həcmi 2014-cü illə müqayisədə 28,1 % artıb. İl ərzində 234 ,6 milyon manatlıq kənd təsərrüfatı, 5,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Bundan başqa hər biri 100 yerlik iki uşaq bağçası, rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Hazırda rayonda hərbi prokurorluq, kənd təsərrüfatı idarəsinin inzibati binaları inşa olunur. Dövlət başçısının tapşırığı ilə rayonun 28 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa edilib, hazırda 8 kəndin qazlaşdırılması davam edir. Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkili Malik Həsənovun da iştirak etdiyi yığıncaqda 2016-cı ildə həyata keçiriləcək infrastruktur layihələr barədə məlumat verilib.

Published by: ARB Cenub Published at: 8 years ago Category: اخبار و سیاست